
“Kəpəz” kapitanla vidalaşdı
“Kəpəz” futbolçusu Yeqor Xvalko ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər başa çatan müqaviləni yeniləməyiblər.
Belaruslu müdafiəçi son üç ildə “sarı-göylər”in şərəfini qoruyub. Onun “Kəpəz”dəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu Gəncə təmsilçisinin heyətində 95 çempionat matçında meydana çıxaraq, 3 qol vurub. Xvalko son iki mövsümdə “Kəpəz”in kapitanlarından olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



