“Kəpəz” bunu son 20 ildə ilk dəfə yaşadı

“Kəpəz”in Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünə ardıcıl 7 məğlubiyyətlə başlaması son 20 ildə ilk olub.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/2005 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.

Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/1995, “Şəmkir” 1996/1997, Quba “Şahdağ”ı 2000/2001 mövsümümdə belə uğursuzluq yaşayıb.

“Kəpəz” yeddinci məğlubiyyətini “Şamaxı” ilə matçda alıb – 0:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button