“Kəpəz”ə xəbərdarlıq edildi
AFFA “Kəpəz”in futbolçusunu bir oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycan Premyer Liqasının 2-ci turunda baş tutan “Qarabağ” – “Kəpəz” görüşündə Gəncə klubunun futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulduğuna görə növbəti turu buraxmalı olacaq. Onu klubu isə 500 manat cərimələnib. Həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz” 700 manat cərimələnib.
Bundan əlavə, AFFA Gəncə təmsilçisinə oyununun 89-cu dəqiqəsində azarkeşlər tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə xəbərdarlıq edib.
2-ci turun “Araz-Naxçıvan” – “Şamaxı” matçında isə hesab tablosu işləmədiyinə görə Naxçıvan klubu 500 manat cərimələnib.
Bizi Facebook-da izləyin