Federasiya rəhbəri: “Jurnalistləri dinləsəydim, onların istədikləri məşqçiləri gətirərdim”

AFA-nın (Argentina Futbol Assosiasiyası) rəhbəri Klaudio Tapia, Lionel Skaloninin Argentina yığmasının baş məşqçisi təyin edilməsi qərarından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, AFA-nın prezidenti, Skaloni ilə milli komandada böhranın ən qızğın vaxtında tanış olduğunu bildirib:

“Mən milli komandada böhranın ən qızğın vaxtında Skaloni ilə tanış oldum. Həmin vaxt o, “Sevilya”da işləyir, rəqibləri təhlil edir və oyunu “oxuyurdu”.

Jurnalistləri, medianı dinləsəydim, onların istədikləri məşqçiləri gətirərdim. Kimdən danışdığımızı hamı bilir. Bilirdim ki, onların heç biri bizə layihə və heyətin yenilənməsi üçün lazım olanı verməyəcək. Bu layihəni həyata keçirə bilən yeganə şəxs Skaloni idi”.

Skaloni Argentina millisini 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından, komandanın 1/8 finalda Fransaya məğlub olduğu (3:4) oyundan sonra qəbul edib. Daha sonra milli onun rəhbərliyi altında DÇ-2022-nin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button