DÇ-2022: “Həmişə bizdən daha çoxunu tələb edirlər”
İngiltərə millisinin hücumçusu Harri Keyn baş məşqçi Qaret Sautqeyt haqda fikirlərini bölüşüb.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, ingilis futbolçu azarkeşlər və jurnalistlər barədə də danışıb:
“Azarkeşlər və jurnalistlər həmişə bizdən daha çoxunu tələb edirlər. Biz DÇ-2022-nin qrup mərhələsində birinci yeri tutduq. Bəzi böyük komandalar isə pley-offa çıxa bilmədi”.
Keyn Sautqeytlə birgə çalışdıqları üçün şanslı olduqlarını bildirib:
“Biz Sautqeytin başçılığı altında çıxış etdiyimiz üçün şanslıyıq. Çünki o, uğur qazanmağımızda vacib rol oynayır”.
İngiltərə millisi bu gün 1/8 final mərhələsində Seneqal yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin