“Zəfər kuboku”nun təşkilat komitəsi yaradıldı
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə “Zəfər kuboku”nun keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.
Komanda.az xəbər verir ki, Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə baş tutacaq yarışın təşkilat komitəsində FİFA dərəcəli keçmiş hakim və sabiq klub funksioneri Tahir Süleymanov, veteran futbolçu Novruz Əzimov, futbol agenti Səbuhi Səfiyarlı və idman jurnalisti Mehman Süleymanov yer alıb.
Məqsəd “Zəfər kuboku”nun yüksək səviyyədə təşkili və yarışla bağlı məsələlərin həllinə dəstək olmaqdan ibarətdir.
Turnirə jurnalistlərin böyük marağını nəzərə alaraq, baş sponsor ETOPAZ-la məsləhətləşmələrdən sonra komanda sayının artırılması qərara alınıb. İştirakçı komandaların ümumi sayı və yarışın əsasnaməsi, püşkatmanın vaxtı barədə əlavə məlumat veriləcək.
“Zəfər kboku” 4 may-19 iyunda keçiriləcək.
Bizi Facebook-da izləyin