Mourinyo da “yox” dedi

Joze Mourinyo “Lion”da baş məşqçi olmaq təklifini rədd edib.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, Mourinyonun “Lion”un prezidenti Jan-Mişel Olasla görüşdüyü və ona edilən baş məşqçi təklifini rədd etdiyi bildirilib. Buna səbəb, Mourinyonun ailəsinin İngiltərədə yaşaması və özünün də Premyer Liqada çalışmaq istəməsi olub.

“Lion” bir müddət əvvəl Arsen Vengerə də təklif göndərmiş, ancaq yenə rədd cavabı almışdı. Fransa klubunun hazırda bütün diqqətini Loran Blana verdiyi bildirilir.

“Lion”da uğursuz oyunlardan sonra baş məşqçi Silvinyo istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button