Jorjinyonun menecerindən “Yuventus” açıqlaması
“Çelsi”nin futbolçusu Jorjinyonun meneceri Frello Santos, italyan yarımmüdafiəçinin “Yuventus”a transfer olunacağı iddialarıyla bağlı danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Santos, “Yuventus”un baş məşqçisi Mauritsio Sarrinin Jorjinyoya ehtiyacının olduğunu deyib:
“Sarri öz komandasını qurmaq istəyirsə, Jorjinyoya ehtiyacı var. “Yuventus”un transfer siyasətini bilmirəm. Sarri işə yeni başlayıb və nə olacağını görəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin