
Jorjinyo Braziliya klubunda – Rəsmi
“Arsenal”dan ayrılan Jorjinyo Braziliyada çıxış edəcək.
Komanda.az xəbər verir ki, İtaliya millisinin sabiq üzvü “Flamenqo”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Jorjinyo başa çatan mövsümdə “Arsenal”ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin