![](https://komanda.az/wp-content/uploads/2023/02/jorjinyooo-780x470.jpg)
Jorjinyo Braziliya klubu ilə anlaşıb
“Arsenal”a məxsus olan yarımmüdafiəçi Jorjinyo karyerasını Braziliya çempionatında davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
33 yaşlı futbolçu “Flamenqo” ilə müqavilə imzalayacaq. Tərəflər danışıqlar aparıb və 2025-ci ilin yayında transferlə bağlı ilkin razılığa gəliblər.
Jorjinyo bu mövsüm İngiltərə Premyer Liqasında 10 matçda iştirak edib, qol vura bilməyib və üç dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin