“Barselona” ilə danışacaq – İtaliyalının agenti

“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyonun agenti “Barselona” ilə danışıqlar apara bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb. 30 yaşlı italiyalı futbolçunun “zadəganlar”la müqaviləsi mövsümün sonunda başa çatır və o, azad agent kimi yeni kluba keçə bilər.

Jorjinyo 2018-ci ilin yayında “Çelsi”yə keçib. Braziliya əsilli italyalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqası və Çempionlar Liqasının 11 matçında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button