“Çelsi”dəki vaxtımın artıq bitdiyini hiss etdim” – İtaliyalı futbolçu
Jorjinyo 2023-cü ilin yanvarında “Çelsi”dən niyə “Arsenal”a keçməyə qərar verdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu “Arsenal”ı gücləndirə biləcəyinə inandığını söyləyib:
“Çelsi”dəki vaxtımın artıq bitdiyini hiss etdim. Zəngi alanda iki dəfə düşünmədim. Bilirdim ki, baş məşqçi Mikel Arteta məni daha əvvəl istəyir, amma alınmadı. Komandanı gücləndirə biləcəyimə inanırdım və dərhal razılaşdım”.
Jorjinyonun “Arsenal”la hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Onun adı İtaliya A Seriyasından “Napoli” ilə yanaşı hallanırdı.
32 yaşlı yarımmüdafiəçinin keçidi “Arsenal”a 12 milyon avroya başa gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin