Səudiyyə Ərəbistanı klubu “Arsenal”ın futbolçusu ilə danışıqlar aparır

Səudiyyə Ərəbistanı klubu “Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan klub italiyalı futbolçu ilə danışıqlar aparır.

Jorjinyonun londonlularla müqaviləsi gələn ilin yayında başa çatır, lakin “Arsenal”ın müqaviləni daha bir mövsüm uzatmaq imkanı var.

31 yaşlı yarımmüdafiəçi bu mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 15 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button