“Jonava” Quliyevin yoxluğunda xalsız qaldı

Futbol üzrə Litva 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vitis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 10 qol vuran futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Jonava” hazırda 37 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button