
Joao Mario Türkiyə klubunda – Rəsmi
“Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, “qara qartallar” Joao Marionun keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Benfika”dan transfer edilən portuqaliyalı futbolçu ilə 1+2 illik müqavilə imzalanıb.
31 yaşlı futbolçu karyerası ərzində “Sportinq” (Lissabon), “Vest Hem”, “Lokomotiv” (Moskva) və “İnter” klublarında oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin