
“Levski”nin baş məşqçisi: “Özümü çox xoşbəxt hiss edirəm”
“Levski” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Sabah”ın qonağı olub.
Komanda.az xəbər verir ki, oyundan sonra Bolqarıstan təmsilçisinin baş məşqçisi Xulio Velaskesin mətbuat konfransı keçirilib. İspaniyalı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Nəticəyə görə özümü çox xoşbəxt hiss edirəm. Komandama təşəkkür edirəm. İlk oyundaki üstünlüyümüzü qorumaq üçün meydana çıxmamışdıq. Sonda istəyimizə nail olduq. Bunun üçün futbolçularımla fəxr edirəm.
Rəqibə gəlincə, yaxşı komandaya qarşı mübarizə apardıq. Bilirdik bizə çətinliklər yaşadacaqlar. Futbolçularım yaxşı mübarizə apardılar və sonda istədiyimiz nəticəni qazandıq. Avrokuboklarda yolumuza davam edirik.
İlk oyunla müqayisədə yalnız bir oyunçu dəyişmişdik. Amma nəyə görə meydanda daha rahat görünürdük? Çünki komandam mənim verdiyim tapşırıqları ustalıqla yerinə yetirirdi. Buna görə də meydanda rahat görünürdük.
Düşünürəm ki, komandam nəinki müdafiədə, hətta hücumda da yaxşı çıxış etdi. Əsas məsələ, xətlərarası əlaqəni yaxşı yerinə yetirdilər. Biz rəqibdən asılı olaraq oyun üslubumuzu dəyişə bilərik”.
İlk oyunda da qələbə (1:0) qazanan “Levski” mübarizəni pley-off mərhələsində davam etdirəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin