DÇ-2022: “Jiruya sadəcə bir kəlmə dedim” – Mərakeşli futbolçu
Mərakeşli futbolçu Sofyan Amrabat milli komandanın DÇ-2022-nin yarımfinalında Fransaya məğlub olmasından sonra fikirlərini bölüşüb.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, matçın gedişatında rəqib hücumçu Olivye Jiru ilə aralarında olan dialoq barədə danışıb:
“Fransızların hücumçusu Olivye Jiru oyunboyu meydanda məni izlədi. Mən ona sadəcə bir kəlmə dedim: “Dayan!” Jiru cavab verdi ki, ona oyunboyu məni izləmək tapşırılıb”.
Mərakeş millisi DÇ-2022-nin yarımfinalında Fransaya uduzaraq (0:2), finala çıxa bilməyib. Onlar üçüncü yer uğrunda görüşdə Xorvatiya millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin