Əsəbi, məyus Jiru
“Milan”ın hücumçusu Olivye Jiru UEFA Çempionlar Liqasının 1/4 finalının “Napoli” ilə cavab görüşünü (1:1) dəyərləndirib:
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin qapıçısı Aleks Meretdən söz açıb:
“Yararlana bilmədiyim penalti epizoduna görə əsəbiləşdim, məyus oldum. Əsas odur ki, oyundan qopmadıq.
Meret zərbəni yaxşı dəf etdi. Buna baxmayaraq, hələ də şansımın olduğunu hiss edirdim. Rafael Leao meydanda hər şey etdi. Fantastika!”
İki oyunun nəticəsinə əsasən, “qırmızı-qaralar” Neapol klubunu 2:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.
“Milan” yarımfinalda “İnter” – “Benfika” cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin