Jiru razılaşdı, “Çelsi” yox
İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jirunun “İnter”in hədəfində olduğunu xəbər vermişdik.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “İnter”lə razılıq əldə edib. London klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək fransalı futbolçu, “İnter”lə 2,5 illik sözləşməyə razılıq verib. Hazırda klublar arasında danışıqların aparıldığı bildirilir. “Çelsi” Jiru üçün 8-10 milyon avro tələb edir, “neradzurra” ilə 5 milyon ödəmək niyyətindədir.
2018-ci ildən “Çelsi”nin şərəfini qoruyan futbolçu, cari mövsümdə iştirak etdiyi 7 oyunda 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin