Kədərli və narazı fransız
“Çelsi”nin futbolçusu Olivye Jiru gələcəyiylə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan fransız hücumçu, “zadəganlar”da xoşbəxt olmadığını deyib:
“Komandada ikinci hücumçu olmaqdan razı deyiləm. Növbəti mövsümdə burda olub-olmayacağımı bilmirəm. Oynamadığım zaman kədərli oluram. Mövsümün sonunda bir qərar vermək lazımdır.
Başqa klublardan təkliflər almışam, ancaq bunu indi deməyəcəm. Əsas seçimim “Çelsi”dən yanadır. Daha bir il qalmaq istəyirəm, ancaq mənim də xoşbəxt olmağım lazımdır”.
Jiru bu mövsüm 38 oyunda iştirak edərək, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə mövsümün sonuna qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin