Jiru Fransa klubunun “radar”ındadır

Amerikanın “Los-Anceles” klubunda çıxış edən hücumçu Olivye Jiru karyerasını yenidən Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.

38 yaşlı futbolçunun xidmətində Fransa Liqa 1 təmsilçisi “Lill” maraqlıdır. Hazırda Jirunun “Los-Anceles”lə müqaviləsinin müddəti bu ilin sonuna kimidir.

Fransalı forvard MLS-də son mövsümdə 10 oyunda meydana çıxıb və 3 qola imza atıb. O, ABŞ-a yollanmamışdan əvvəl Avropanın tanınmış klublarından olan “Milan”, “Arsenal” və digər komandaların formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button