
Jiru ABŞ klubundan ayrılır
Olivye Jiru “Los-Anceles”dən ayrılır. O, sabah keçiriləcək “Vankuver”lə oyundan sonra rəsmi şəkildə ABŞ klubunu tərk edəcək.
Komanda.az xəbər verir ki, klubun yaydığı açıqlamada tərəflərin müqavilənin vaxtından əvvəl ləğvi barədə razılığa gəldiyi bildirilib.
“Los-Anceles” rəhbərliyi Jirunun peşəkarlığını və liderlik keyfiyyətlərini yüksək qiymətləndirib, onun meydanda və ondan kənarda komandanın ab-havasına müsbət təsir göstərdiyini vurğulayıb.
38 yaşlı hücumçu kluba 2024-cü ilin yayında qoşulmuşdu. Bu müddətdə o, 37 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mediada yayılan məlumata görə, fransalı futbolçunun növbəti dayanacağı “Lill” ola bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin