
“Jirona”nın 4 futbolçusu “Mançester Siti”nin hədəfində
“Mançester Siti” “Jirona”nın 4 futbolçusu ilə maraqlanır.
Komanda.az “Cronica Global”-a istinadən xəbər verir ki, “Mançester Siti” yarımmüdafiəçilər Viktor Sıqankov və Yan Koutunu, hücumçular Artyom Dovbik və Savionu izləyirlər. Yanvarın 21-də İspaniya La Liqasının 21-ci turu çərçivəsində keçirilən “Jirona” – “Sevilya” oyununu (5:1) İngiltərə klubunun idman direktoru Çiki Beqiristayn tribunadan izləyib.
“Jirona” 21 turdan sonra İspaniya çempionatına 52 xalla başçılıq edir. Liderdən 1 xal geri qalan “Real”ın ehtiyatda bir oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin