“Jirona” onu son anda transfer etməyi bacarıb

Belçikalı yarımmüdafiəçi Aksel Vitsel “Jirona”nın təklifini qəbul edib.

Ayın əvvəlində 36 yaşlı futbolçunun “Udinze”yə keçməyə hazır olduğu bildirilmişdi, ancaq o, İtaliya klubundan imtina edərək İspaniyada qalmaq qərarına gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Jirona” Vitseli son anda transfer etməyi bacarıb. O, Kataloniya klubu ilə iki illik müqavilə imzalayacaq.

Son üç mövsümü “Atletiko”da keçirən futbolçu 116 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib. O, Madrid klubunu azad agent kimi tərk edib.

“Jirona” son mövsümdə La Liqanı turnir cədvəlinin 16-cı pilləsində tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button