“Jil Visente”nin futbolçusu “Qəbələ”də

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib. 29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Futbolçu karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button