“Əl-Nəsr”in baş məşqçisi: “Azarkeşlərin 80 faizi stadiona Ronaldo üçün gəlir”

“Əl-Nəsr”in baş məşqçisi Jorje Jesus komandanın hücumçusu Kriştiano Ronaldonu dünya futbolu üçün əla nümunə adlandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 40 yaşlı futbolçunun inanılmaz fiziki formada olduğunu və stadiondakı azarkeşlərin 80 faizinin məhz onun üçün gəldiyini bildirib.

Jesus əlavə edib ki, “Əl-Nəsr”də belə dünya səviyyəli oyunçunun olması tam haqlıdır.

Bu açıqlama Səudiyyə Ərəbistanı superkubokunun yarımfinalında “Əl-İttihad” üzərində 2:1 hesablı qələbədən sonra verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button