Jelko Sopiç: “Səbail”lə “Qarabağ” eyni deyil”
“Sabah”ın baş məşqçisi Jelko Sopiçin Premyer Liqanın 13-cü turu çərçivəsində “Qarabağ”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, xorvat mütəxəssis, 0:1 hesabıyla uduzduqları matçı belə şərh edib:
- Oyundan əvvəl Azərbaycanın ən güclü klubuna qarşı oynayacağımızı bilirdik. Müdafiə blokunda olmalıydıq. Futbolçulara verdiyim göstərişləri meydanda gördüm. Onlar oyunda öz ürəklərini qoydular. Fərdi keyfiyyətlərə baxanda “Qarabağ” güclüdür. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Mənim fəlsəfəmdə sistematik oyun yoxdur. Futbolçularıma irad bildirə bilmərəm, onlar hər şeyi etdilər.
- “Səbail”lə oyunun qəhrəmanları Hendrik Ekşteyn və Ulisse Diallo bu gün matça sonradan daxil oldu. Bunun səbəbi nə idi?
- Bu taktikanı seçmişdim. Hər ikisi əsas heyətdə olsaydı, müdafiə cəhətdən kompakt olmayacaqdıq. “Səbail”ə hörmət edirəm, ancaq onlar “Qarabağ”la bir deyil. Siz La Liqada oynasaz, “Xetafe” və “Barselona”ya qarşı eyni sistemlə oynaya bilməzsiz.
- Azərbaycana gəlməkdə hədəfləriniz nədir?
- Gəlməzdən əvvəl “Sabah”ın oyunlarına baxmışdım. Prosineçki və Yurçeviçin vaxtında oyunlar izləmişdim. Ancaq öz komandamla bağlı danışa bilərəm. Limit məsələlərini bilirəm, ancaq bu gün 3 legionerlə oynadım. Mənim komandamda hər zaman ən yaxşı 11 futbolçu oynayır. Rəqib məşqçini də təbrik etmək lazımdır, bu gün onlar bizdən yaxşı oldular. “Sabah” gənc komandadır, istəyirəm ki, onlar bütün komponentlərdə güclü olsunlar. İstəyirəm ki, “Sabah”ın öz stili olsun.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin