Jelko Sopiç: “Bu vəziyyətdən çıxmaq üçün qol vurmalıyıq”
“Sabah”ın baş məşqçisi Jolke Sopiç Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, xorvat mütəxəssis 0:2 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- İlk hissədə demək olar ki, oyunu idarə edirdik. Sadəcə, “Neftçi” ilə matçdakı kimi, ilk hissənin sonunda qol buraxdıq. “Zirə”nin Davit Volkov və Riçard Qadze kimi sürətli futbolçuları var. Ehtiyatsızlıqdan qollar buraxdıq.
- “Sabah”a gəldikdən sonra Premyer Liqada qol vura bilməmisiz. Bu, nə ilə bağlıdı?
- Eyni sualı əvvəl də soruşmuşdular. Bunu təkcə hücumdakı futbolçulara bağlamazdım. Qol vurmaq üçün yaxşı mövqe seçmək və ekstra keyfiyyətlər lazımdı.
- Xulio Sezar Rodriqes bu problemi aradan qaldırmaq gücündədimi?
- Ümid edirəm ki, bizə kömək edəcək. Yeni futbolçuların bizimlə çox məşq etməsi və uyğunlaşması lazımdı.
- Bu vəziyyətdən çıxmaq üçün nə etmək lazımdı?
- Qol vurmalıyıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin