Jelko Sopiç: “Belə şəraitdə oyun keçirilə bilməz”

“Sabah”ın baş məşqçisi Jelko Sopiç bu gün “Zirə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, xorvat mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında öncə bunları söyləyib:

  • Klassik yoxlama oyunu idi. İlk 30 dəqiqədə isti oldu. Bu, hər iki komanda üçün çətinlik yaratdı. Futbolçuların əksəriyyətinə şans verdim. Bəzi futbolçularda səhvlər var idi. Ancaq onlara irad tutmaq istəmirəm. Böyük fasilədən sonra onlara nəsə demək düzgün deyil. Yoldaşlıq görüşü idi, nəticə önəmli deyildi.
  • “Qarabağ”la oyuna nisbətən bu gün bəzi futbolçulara daha çox şans verdiz. Ancaq bundan sonra yoxlama oyunu olmayacaq. Çempionat başlayacaq və oyunlarda 5 əvəzetmədən istifadə edə bilərsiz. Futbolçular 90 dəqiqə oynaya biləcəkmi?
  • Dözümlülük baxımından bütün komandalar eyni olacaq. “Qarabağ”la matçda iki fərqli hissə oynadıq. Əsas olan odur ki, çempionatda oynayacaq futbolçular zədələnməsin.
  • Şeydayev bu gün pis deyildi. Qarşıdakı oyunlarda iki hücumçu ilə oynaya bilərsizmi?
  • Oyunların əksər hissəsini iki hücumçuyla keçirə bilərik. 4 gündən bir oyun olacaq və müxtəlif variantlardan istifadə edə bilərik. Hazırda ən önəmlisi futbolçuların zədə almamasıdır. Səmimi deyirəm, 75 gün fasilədən sonra 15 gün hazırlıq vaxtımız olacaq. Həqiqətən, bu, asan deyil. 35 günlük yay fasiləsindən sonra iki həftəlik istirahət olurdu və daha sonra futbolçular oynaya bilirdi. Mənim istəyimlə nəsə mümkün deyil.
  • 19 və 20 iyun böyük ehtimalla, məşq edə bilməyəcəksiz. 21-i də oyun olacaq. Futbolçulara necə nəzarət edəcəksiz?
  • Şəxsi fikrim odur ki, iki gün – 19 və 20-si karantin olsa, oyun keçirilə bilməz. Necə olacaq, bilmirəm. Bir az çətin olacaq. Ancaq buna baxmayaraq, nə olsa, biz çıxıb oyunumuzu oynamalıyıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button