Jalə Əliyeva AÇ-də “bürünc”ü əldən verdi

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın 4-cü günündə daha 2 qadın güləşçimiz mübarizə aparıb. Ancaq onlar ilk mərhələdə uğursuzluqla üzləşib.

Ayşən Yusifova Belarus, Jalə Əliyeva isə Moldova təmsilçisinə məğlub olub. Əliyevanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz iyunun 7-də təsəlliverici görüşə çıxıb. İtaliyalı idmançıyla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan yığmamızın üzvü qalib ayrılıb. Əliyeva axşam seansında bürünc medal uğrunda güləşib. Ukrayna təmsilçisiylə görüşün ilk hissəsini 6:0 hesabıyla öndə tamamlayan Jalə fasilədən sonra üstünlüyü əldən verərək 5-ci yerlə kifayətlənib.

53 kq
Təsnifat – Ayşən Yusifova – Viktoriya Apalonik (BLR) 0:10

62 kq
Təsnifat – Jalə Əliyeva – İrina Rinqaki (MDA) 0:2
Təsəlliverici görüş – Jalə Əliyeva – Morena De Vita (İTA) 11:10
Bürünc medal görüşü – Jalə Əliyeva – Yekaterina Zelenix (UKR) 6:9

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button