
Jalə Əliyeva üçün AÇ-də təsəlliverici görüş
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycanın daha 2 qadın güləşçisi mübarizə aparıb.
Ancaq onlar ilk mərhələdə uğursuzluqla üzləşib. Ayşən Yusifova Belarus, Jalə Əliyeva isə Moldova təmsilçisinə məğlub olub. Əliyevanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz iyunun 7-də təsəlliverici görüşə çıxacaq.
53 kq
Təsnifat – Ayşən Yusifova – Viktoriya Apalonik (BLR) 0:10
62 kq
Təsnifat – Jalə Əliyeva – İrina Rinqaki (MDA) 0:2
Təsəlliverici görüş – Jalə Əliyeva – Morena De Vita (İTA)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin