İzmirdəki zəlzələdə “Atatürk” stadionuna da ziyan dəyib
Oktyabrın 30-da İzmirdə baş verən 6.6 bal gücündəki zəlzələ zamanı “Atatürk” stadionu da ciddi zərər görüb.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
1971-ci ildə İzmirdə təşkil olunan Ağdəniz Oyunları üçün inşa olunan “Atatürk” stadionu Türkiyədəki iki olimpiya stadionundan biridir. 50 illik arenaya dəyən ziyanla əlaqədar İzmir Valiliyinin qərarı ilə stadion istifadəyə yararsız hesab olunaraq bağlanıb. 51 337 azarkeş tutumuna malik stadion sağlamlıq arayışı alınana qədər bağlı qalacaq.
Qeyd edək ki, “Atatürk” stadionunda 3-cü liqada mübarizə aparan “Karşıyaka” klubunun ev oyunları keçirilir. Sözügedən komandanın noyabrın 12-də “Arhavispor”la ev oyununun hansı arenada baş tutacağı hələ bilinmir.
Bizi Facebook-da izləyin