Sabiq “Barselona”lı klubsuz qaldı
İyulun 22-də Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə keçən Paulinyo klubu tərk edib.
Komanda.az xəbər verir ki, 33 yaşlı braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Əl Əhli” Paulinyonun fiziki və zehni olaraq diqqətini futbola verə bilmədiyini, bu səbəbdən də razılaşaraq müqaviləyə xitam verdiklərini açıqlayıb.
Yarımmüdafiəçi 2015-2017-ci illərdə “Tottenhem”də, 2017-2019-cu illər aralığında “Barselona”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin