“İyulda buranı tərk edə bilərəm” – Argentinada oynayan italiyalı
“Tiqr”ın hücumçusu Mateo Reteqi cari mövsümün sonunda klubunu dəyişdirəcəyini bildirib.
Komanda.az “La Gazetta dello Sport”-a istinadən xəbər verir ki, Argentina klubunun üzvü ən yaxşı futbolçuların Avropada çıxış etdiyini deyib:
“Rəhbərlik mənə yayda klubdan getməyimlə bağlı söz verdi. İyulda buranı tərk edə bilərəm. Arzum TOP klubda çıxış etməkdir. Ən yaxşı futbolçular Avropada oynayır”.
Öncədən hücumçu ilə “İnter”, “Atletiko” və “Ayntraxt”ın maraqlandığı bildirilirdi.
23 yaşlı italiyalı oyunçu 2022/23 mövsümündə “Tiqr”ın heyətində bütün turnirlər daxil olmaqla 9 oyuna çıxıb və 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin