
İvanoviç “Zenit”dən ayrıldı
Futbol üzrə Rusiya çempionu “Zenit” kapitanı Branislav İvanoviçlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sankt-Peterburq klubu 36 yaşlı müdafiəçinin də istəyi ilə onun başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, 2017-ci ildə “Çelsi”dən “Zenit”ə keçən İvanoviç bu mövsüm 25 matça çıxaraq 4 qol ötürməsi ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin