“Toninin futbolçu keyfiyyəti lazımi səviyyədə qiymətləndirilmir” – Sautqeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt hücumçu İvan Toni haqda fikirlərini bölüşüb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, baş məşqçi, “Brentford”un forvardının Belçika ilə matçda meydana çıxacağını bildirib:

“Bu, onun başlanğıcı olacaq, ona görə də, bunu nəzərə almalıyıq. Ancaq İngiltərədəki mənzərə belədir, yüzlərlə fürsət əldə etmirsiz. O, özünə güvənən oğlandır, milliyə öz komandasında uğurlu çıxışından sonra gəlib. Şübhəsiz ki, o, sabah meydana çıxacaq.

Düşünürəm ki, bəzən Toninin futbolçu keyfiyyəti lazımi səviyyədə qiymətləndirilmir. Biz bütün bu üstünlüklərlə yeni tanış oluruq, çünki sən bir oyunçu ilə müntəzəm işləməyənə qədər onu tanıya bilməyəcəksən. Onun əlaqə keyfiyyəti də çox yaxşıdır. Özünəinam çox önəmlidir. Bütün ən yaxşı hücumçular buna sahibdirlər”.

İngiltərə – Belçika görüşü martın 26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button