İtkin düşən futbolçunun meyiti tapıldı

“Kordoba”nın itkin düşən futbolçusu Alvaro Prietonun cəsədi tapılıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun cəsədinin Sevilyadakı Santa Justa stansiyasında, körpünün altında dayanmış iki vaqon arasında tapıldığı bildirilir. Onu reportyor Alberto Katalan səhər xəbərlərini yazarkən aşkar edib.

Daha əvvəl mətbuatda Prietonun sonuncu dəfə Sevilyadakı Santa Justa stansiyasında göründüyü barədə məlumat yayılmışdı. Bundan sonra futbolçu ilə əlaqə kəsilmişdi. Prietonu ən son görənlərin dəmiryol vağzalı işçiləri olduğu vurğulanır ki, onlar bir neçə yeraltı tuneldən keçərək relsə çıxmaq istəyərkən futbolçudan stansiyanı tərk etməsini istəyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button