Ronaldo: “Mənə ağlayan uşaq deyirdilər”
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo məğlubiyyətlərə münasibətindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bunu deyib:
“Uşaqlıqdan bəri uğursuzluğa həddindən artıq reaksiya vermişəm. İtirməkdən nifrət edirdim və buna görə ağlayırdım. Mənə ağlayan uşaq deyirdilər. İtirdiyimə görə qəzəbdən göz yaşlarım axırdı. Mən mükəmməl deyiləm və əvvəllər də belə deyildim. Lakin zaman keçdikcə yaxşılaşdım”.
Ronaldo Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə 17 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin