Simeone: “İtaliyaya qayıtmaq fikrindəyəm”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya klubundan ayrıldıqdan sonra karyerasını harada davam etdirməyi planlaşdırdığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ “Atletiko” ilə bir neçə il müqaviləsi olduğunu deyib:

“Mənim İtaliya A Seriyasındakı mümkün gələcəyim? Burada “Atletiko” ilə daha bir neçə illik müqaviləm var, ona görə də, komandadan nə vaxt ayrılacağımı deyə bilmərəm. Amma İtaliyaya qayıtmaq fikrindəyəm. Çünki orada olmaq xoşuma gəlir və Katanyada məşqçi kimi çox şey öyrənmişəm”.

Argentinalı mütəxəssis 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Onun rəhbərliyi altında Madrid komandası iki dəfə İspaniya çempionu olub, ölkə kubokunu və superkubokunu, iki dəfə Avropa Liqasını və UEFA superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button