
“Yuventus” Ronaldonun yerini onunla doldurmaq istəyir
İtaliyanın “Yuventus” kubu Kriştiano Ronaldonun ayrılığından sonra hücum xəttinə yeni futbolçu transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi PSJ-dən Mauro İkardini icarəyə götürmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Yuventus” argentinalı hücumçunun 2 illik icarəsi üçün Paris klubuna 10 milyon avro ödəməyə hazırdır.
İkardinin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Hücumçu daha əvvəl İtaliyada “İnter”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin