“Yuventus”da Morata ilə bağlı yekun qərar verildi
İtaliyanın “Yuventus” klubunda hücumçu Alvaro Morata ilə bağlı yekun qərar verilib.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi azı yaya qədər ispan hücumçunu komandada saxlayacaq. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri rəhbərlikdən Moratanın komandada qalmasını və transferinə icazə verilməməsini istəyib.
Moratanın adı “Barselona” ilə hallanırdı.
29 yaşlı hücumçu bu mövsüm “Yuventus”la 25 oyunda 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin