18 yaşlı braziliyalı “Yuventus”un hədəfində
İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Santos” klubundan Kayo Xorxeni heyətinə qatmaq niyyətindədir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.
“Yuventus” 18 yaşlı hücumçunu əvvəlcə icarəyə götürüb, daha sonra 13 milyon avro ödəyərək, transfer hüquqlarına sahib olmaq istəyir.
“Santos”un yetirməsi olan Kayo, 17 yaşadək futbolçulardan ibarət Braziliya milli komandasının da üzvüdür. O, yığmada keçirdiyi 10 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin