“Yuventus”da Morata ilə bağlı qərar

İtaliyanın “Yuventus” klubu futbolçusu Alvaro Morata ilə yollarını ayırmaq istəyir.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi müqavilə ilə “Atletiko”ya məxsus olan, icarə əsasında komandada çıxış edən ispan hücumçunun transfer hüquqlarını almayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Moratanın performansından narazıdır və hücumçunu gələcək planlarına daxil etməyəcək.

Morata bu mövsüm “Yuventus”la 21 oyunda 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button