“Yuventus” özbək hücumçu ilə maraqlanır
İtaliyanın “Yuventus” klubu “Cenoa”nın hücumçusu Eldor Şomurodovla maraqlanır.
Komanda.az xəbər verir ki, Turin təmsilçisinin nümayəndələri “Cenoa”nın rəsmiləri ilə özbək hücumçunun keçidi ilə bağlı görüşüblər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqlar davam edir.
Şomurodovun “Cenoa” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 25 yaşlı hücumçu ötən mövsüm A Seriyasında 31 oyunda 8 qol vurub.
Özbəkistan milli komandasının da üzvü olan Şomurodovun “transfermarkt”da dəyəri 7 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin