“Yuventus”da Özillə bağlı qərar verildi
İtaliyanın “Yuventus” klubu “Arsenal”ın futbolçusu Məsut Özillə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi türk əsilli almaniyalı yarımmüdafiəçini heyətinə qatmayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Yuventus”un Özilin meneceriylə görüşdüyü, lakin tərəflər arasında razılaşma əldə olunmadığı bildirilib.
“Qoca sinyora” Məsutun hazırkı performansından əmin olmadığı üçün ona əlavə məvacib ödəmək istəmir.
“Arsenal”la müqaviləsi 2021-ci ilin yayına qədər olan Özil, bu mövsüm heç bir oyuna çıxmayıb. Yarımmüdafiəçi London klubunda illik 18,2 milyon avro qazanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin