Serbiya millisinin üzvündə koronavirus aşkarlandı
İtaliyanın “Verona” klubunun və Serbiya millisinin futbolçusu Darko Lazoviç koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin koronavirus testinin nəticəsi müsbət olub. Serbiyalı futbolçu karantinə alınıb.
Serbiya millisi UEFA Millətlər Liqasının son turunda bu gün Rusiya ilə qarşılaşacaq. Görüş saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin