
İtaliya klubunda baş məşqçi ilə yollar ayrıldı
İtaliyanın “Verona” klubunda baş məşqçi İvan Yuriçlə yollar ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yuriçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xorvat mütəxəssis 2018-ci ilin yayından “Verona”nı çalışdırırdı.
“Verona” A Seriyasında mövsümü 10-cu sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin