Kaliniç Xorvatiya klubu ilə müqavilə imzaladı

İtaliyanın “Verona” klubu futbolçusu Nikola Kaliniçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kaliniçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

34 yaşlı hücumçunun yeni klubu artıq məlum olub. O, Xorvatiyanın “Hayduk” klubuna keçib.

Kaliniç daha əvvəl İspaniyada “Atletiko”, İtaliyada “Fiorentina”, “Milan” kimi klublarda çıxış edib. O, Xorvatiya yığmasında 42 oyunda 15 qol vurub.

Bir müddət əvvəl Xorvatiyanın “Dinamo” klubu azərbaycanlı hücumçu Mahir Emrelini transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button