“Bayern” futbolçusunu İtaliya klubuna satdı
İtaliyanın “Venetsiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Bayern” klubundan Mikael Kyuizansı heyətinə qatıb. Bu barədə “Venetsiya”nın mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Venetsiya” 22 yaşlı futbolçu üçün “Bayern”ə 5 milyon avro ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin