İtaliya klubunda bir illik müqavilə
İtaliyanın “Udineze” klubu baş məşqçisi İqor Tudorla yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis daha bir il A Seriyası təmsilçisini çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Martda müvəqqəti komandanın “sükanı arxasına” gətirilən Tudorun müqaviləsi mövsümün sonuna qədər idi.
“Udineze” geridə qalan mövsümdə A Seriyasını 43 xalla 12-ci sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin